Rusiyada məhkəmə "Rosnano" şirkətinin keçmiş icraçı direktor müavini, maliyyə şöbəsinə rəhbərlik edən Artur Qalstyanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edib.
AvroMedia.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin Mətbuat Xidməti məlumat verib.
"Moskvanın Meşçanski Rayon Məhkəməsi ibtidai istintaq orqanlarının Artur Genrikoviç Qalstyan barəsində 1 ay 28 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib", - mətbuat xidməti bildirib.
İstintaqın məlumatına görə, 2017-ci ildə şirkətin qeyri-qənaətbəxş fəaliyyətini gizlətmək məqsədilə təqsirkar şəxs maliyyə öhdəliklərinin yenidən təsnifləşdirilməsi üçün qanunsuz hərəkətlər edib. O, təhrif olunmuş maliyyə hesabatlarından istifadə edərək, guya qənaətbəxş maliyyə vəziyyəti haqqında yalan məlumat verib. Bu, dövlət zəmanətlərinin geri götürülməsinin qarşısını almağa və əlavə vəsait cəlb etməyə imkan yaradıb. Nəticədə, 2022-2024-cü illərdə dövlət şirkətə 43 milyard rubldan çox vəsait ayrılıb.Oxu.az

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı