Dekabrın 27-də bir anda Rusiyanın bir neçə hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Səhər saatlarında Soçi hava limanı uçuşların qəbulunu və göndərilməsini müvəqqəti dayandırıb.
AvroMedia.az xəbər verir ki, bunu Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako deyib.
“Təhlükəsizliyi təmin etmək üçün Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - o bildirib.
Eyni zamanda, Bakı vaxtı ilə saat 07:00-dan etibarən Kazan hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Burada da uçuşlar və reyslərin qəbulu dayandırılıb. Həmçinin Volqoqrad və Həştərxan hava limanlarında da məhdudiyyətlər tətbiq edilib. Nəticədə Volqoqradda “Aeroflot” və “Pobeda” aviaşirkətlərinin Moskvadan uçuşları, Həştərxanda isə “Aeroflot”un reysi gecikib.
Qeyd olunur ki, bu cür tədbirlər uçuşların təhlükəsizliyinə təhdidlərin qarşısını almaq və mümkün risklərə operativ reaksiya vermək üçün zəruridir.

Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım