Avropa Birliyi dekabr ayında Ukraynaya büdcəyə yardım üçün 4,2 milyard avro köçürməyi və 2025-ci ilin yanvarından Kiyevi iqtisadi transformasiyalar müqabilində ayda 1,5 milyard avro səviyyəsində maliyyələşdirməyi vəd edib.
AvroMedia.az xəbər verir ki, bu barədə Avropa Birliyi (AB) Şurasının Prezidenti Antonio Koşta bəyan edib.
Onun sözlərinə görə, yanvar ayından etibarən Brüssel Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlirdən maliyyələşən G7 kredit proqramı çərçivəsində il ərzində ayda 1,5 milyard avro vermək niyyətindədir.
Qeyd edək ki, söhbət 2025-ci il üçün 18 milyard avro dəyərində maliyyə yardımı proqramından gedir, onun həyata keçirilməsinə dair AB noyabrın 28-də Ukrayna hökuməti ilə memorandum imzalayıb. Bu memorandumun bir hissəsi kimi Kiyev AB-nin iqtisadi və siyasi tələblərini yerinə yetirməyi və Brüsselin təkid etdiyi islahatları həyata keçirməyi öhdəsinə götürüb.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu