“Terrorçulardan təmizlənən ərazilər hər kəsin üzünə açıqdır”.
AvroMedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hotelin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir vaxtlar terrorçuların “at oynatdığı” yerlərdə artıq hüzur var: “İndi oralar təhlükəsizdir. İstehsal və inkişafın şahidi oluruq. İnşallah daha yaxşı yerlərə gəlib daha gözəl günlərə doğru addımlayacağıq”.
O bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində turizm getdikcə inkişaf edir: “Bunlar hələ başlanğıcdır. Çatmaq istədiyimiz məqsədlərimiz çoxdur. Sağlamlıq, müdafiə sənayesi, qida sənayesi, tekstil, tikinti kimi turizmdə də dünya brendinə çevrilənə qədər dayanmayacağıq”.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı