Rusiyanın Federal Penitensiar Xidmətinin rəhbərliyi ölkə Prezidenti Vladimir Putinə Volqoqrad vilayətində həbsxanada məhkumların qiyamı ilə bağlı məlumat verib.
AvroMedia.az “RBK” portalına istinadən xəbər verir ki, Putin sözügedən ciddi rejimli cəzaçəkmə müəssisəsindəki hazırkı vəziyyət barədə məlumatlandırılıb.
Hazırda Rusiya lideri Təhlükəsizlik Şurasının iclasını keçirir.
O, yaranmış vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyasının rəhbərlərinin məruzələrini dinləyəcək.
Xatırladaq ki, Volqoqradda bir neçə məhbus cəzaçəkmə müəssisənin əməkdaşlarını girov götürüb. Ən son məlumata görə, insident zamanı bir həbsxana əməkdaşı qətlə yetirilib, xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı