Ukraynanın şimal-şərqində yerləşən Xarkov vilayətinə dron hücumu olub.
AvroMedia.az xəbər verir ki, bu barədə Xarkov vilayəti polisinin istintaq şöbəsinin rəisi Sergey Bolvinov bildirib.
O qeyd edib ki, hücum nəticəsində tibbi batalyon maşınında iki nəfər könüllü həkim ölüb.
Onun sözlərinə görə, bu, “Belıy Kolodez” kəndində baş verib:
“İki həkim həlak oldu - PUA-nın partlaması nəticəsində eyni istiqamətdə hərəkət edən mülki şəxslərin olduğu avtomobilə ziyan dəydi, maşındakıların hamısı yaralandı” .
Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov isə bildirib ki, silahsız sakinlərinə qarşı terror davam edir. Belə ki, bu gün səhər saatlarında Kupyansk şəhərinin mərkəzi hissəsində humanitar yardımın paylanması zamanı pilotsuz uçan aparatının hücumu nəticəsində 64 yaşlı kişi yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu