Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
AvroMedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
“İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Ali Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirir. Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək”, - Kreml nümayəndəsi bildirib.
O qeyd edib ki, bu ikitərəfli təmas çox məzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər olacaq.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu