Moskva daha bir rəsmi məlumat yaydı
Tarix: 23-03-2024, 10:27
Baxılıb: 2 488
Google+ Paylaş
Tumblr Paylaş

Moskva daha bir rəsmi məlumat yaydı

23-03-2024, 10:27

“Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində 60-dan çox adam həlak olub.
AvroMedia.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Teleqram kanalında dərc olunan məlumatında deyilir.
 
Məlumatda bildirilib ki, müstəntiqlər ölənlərin cəsədlərinə baxış keçirirlər. “Təəssüf ki, qurbanların sayı arta bilər”.
Terakt yerindən maddi sübutlar, o cümlədən silah və sursatlar, həmçinin videokameraların yazıları götürülüb. Lazımi müayinələr təyin edilib.
Bundan öncə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ilkin məlumatına görə terror aktı nəticəsində 40 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilmişdi.
Səhiyyə naziri Mixail Muraşko bildirib ki, “Crocus City Hall”a hücumdan sonra beşi uşaq olmaqla ümumilikdə 115 nəfər xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirmənin əsas səbəbləri güllə yaraları, yanıqlar, yanma məhsulları ilə zəhərlənmələr, sınıqlardır.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov 60 nəfərin və bir uşağın vəziyyətinin ağır olduğunu açıqlamışdı.konkret.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ