İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edib.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutub.
İranlı nazir həm həmkarı, həm də Pakistanın müvəqqəti hökumətinin Baş naziri Ənvar ül-Haq Kakar ilə görüşəcək.
Danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına hücumu nəticəsində ölkələr arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır.
İran hərbçilərinin razılaşdırılmamış hərəkətləri İslamabadın dərhal reaksiyasına səbəb olmuşdu.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı