Yanvarın 3-də İranın Kirman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümünü qeyd etmək üçün yürüş keçirilib.
Mərasim zamanı iki partlayış baş verib.
Partlayışlar general Qasım Süleymaninin dördüncü ildönümünü qeyd etmək üçün keçirilən yürüş zamanı - qəbiristanlığa aparan yolda olub.
İran mediasının məlumatına görə, azı 15 nəfər yaralanıb.
Partlayışın səbəbləri hələlik məlum deyil.
***
Partlayışda ən azı 20 nəfər ölüb.
Bu barədə İRİB telekanalı məlumat yayıb.
***
Ölənlərin sayı azı 50 nəfərə çatıb.
Hakimiyyət orqanları baş verən partlayışı terror aktı adlandırıb.
***
Partlayışlarda ölənlərin sayı 73-ə, yaralananların sayı isə 170-ə çatıb.
***Kirman fövqəladə hallar şöbəsinin rəhbəri ölənlərin sayının 103-ə qalxdığını açıqlayıb.
Yaralananların isə 170 nəfərdən çox olduğu bildirilir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu