Ünlü aktrisa susmur: Dünya liderləri bu cinayətə şərikdirlər
Tarix: 3-11-2023, 16:06
Baxılıb: 435
Google+ Paylaş
Tumblr Paylaş

Ünlü aktrisa susmur: Dünya liderləri bu cinayətə şərikdirlər

3-11-2023, 16:06

Dünya şöhrətli aktrisa Ancelina Coli İsrailin Qəzzaya hücumlarına növbəti dəfə reaksiya verib.

Coli bu hücumları “qaçmağa yeri olmayan, tələyə düşmüş əhalini qəsdən bombalamaq” kimi qiymətləndirib. Birləşmiş Millətlər Təşkilatının keçmiş xoşməramlı səfiri Ancelina Coli İnstaqram hesabında hücuma məruz qalan Cibaliya Qaçqınlar Düşərgəsinin fotosunu paylaşaraq, “Qəzza iyirmi ilə yaxındır açıq hava həbsxanasıdır və sürətlə kütləvi məzara çevrilir. Ölənlərin 40 faizi günahsız uşaqlardır. Bütün ailələr qətlə yetirilir",- deyə bildirib.

O qeyd edib ki, dünya seyr edərkən, bir çox hökumətlərin fəal dəstəyi ilə milyonlarla fələstinli mülki vətəndaş – uşaqlar, qadınlar, ailələr kollektiv şəkildə cəzalandırılır və insanlıqdan məhrum edilir:

"Bunlar edilərkən beynəlxalq hüquq normalarına zidd olaraq qida, dərman və humanitar yardımdan məhrum edilirlər. Humanitar atəşkəs tələblərini rədd etməklə və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla dünya liderləri bu cinayətlərdə şərik olurlar".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ