Fermer Rövşən Şərifov: “Torpağımı qoruya bilmirəm, pasportu yoxdur”
Tarix: 2-11-2023, 15:52
Baxılıb: 743
Google+ Paylaş
Tumblr Paylaş

Fermer Rövşən Şərifov: “Torpağımı qoruya bilmirəm, pasportu yoxdur”

2-11-2023, 15:52

“Əkin torpaqları pasportlaşdırılmalıdır və bu pasportda torpaq, ona qulluq və s. barədə görülən işlər qeyd edilməlidir. Lakin bu gün belə bir pasport hələ də yoxdur”.

 Bu barədə Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün təşkil edilən aqrar sığorta təlimində çıxış edən fermer Rövşən Şərifov deyib.

Xaçmazda fındıq sahəsi olan fermer deyir ki, bu gün torpaqların pasportları işlənməyib:

“Bunu Aqrar Sığorta Fondu işləməyəcək, onun profilinə aid deyil, Kənd Təsərrüfatı Nazirliyi (KTN) etməyəcək. Bu məsələ birgə əməkdaşlıq çərçivəsində işlənilməlidir. Sovet dövründə Azərbaycanın bütün əkin torpaqları pasportlaşdırılmışdı. Əfsuslar olsun ki, həmin dövrə aid pasportlar haradadır, aqibəti necə oldu - bilən yoxdur. Torpağı hər kəs qorumalıdır. Amma bir fermer kimi mən özüm belə, əkin torpağımı tam qoruya bilmirəm. Pasportu yoxdur və əkin torpağının keyfiyyət göstəriciləri, baxım mexanizmləri tənzimlənə bilmir”.

Fermer onu da əlavə edib ki, 2022-ci ildə fındıq sahəsindən gözlədiyi məhsulu əldə edə bilməyib:

“Təxminən yeddi hektar fındıq sahəsindən mən 30 min manata qədər məhsul götürməyi gözləyirdim. Lakin bir sıra səbəblərdən - tozlanma, yağış, təbiət hadisələri səbəbindən 10 min manatlıq məhsul götürə bildim. Bizim işimiz təbiətin şıltaqlığından asılıdır. Fermer olaraq biz öz üzərimizə düşənləri - aqrotexniki qulluq, bitkinin qorunması və s. edirik.

Mən o vaxt könüllü olaraq Aqrar Sığorta Fondu ilə müqavilə imzalamışdım. O müqaviləyə əsasən, nisbətən də olsa, sığorta ödənişi aldım. Aqrar Sığorta Fondu 2022-ci il üçün yeddi hektar fındıq sahəsində təbiət hadisələri səbəbindən məhsula dəyən ziyana görə beş min manat sığorta ödənişi verdi. Əslində, bu bizim gözləntilərimizdən az idi. Amma beş min manat özü də ilkin mərhələdə köməkdir. Aqrar Sığorta Fondu bu gün bütün ziyana sığorta ödənişi edə bilməz. Düşünürəm ki, bu sistem daha da təkmilləşdirilməlidir”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ