İrəvandan Kiyevə qarşı yeni həmlə
Tarix: 30-10-2023, 08:00
Baxılıb: 1 058
Google+ Paylaş
Tumblr Paylaş

İrəvandan Kiyevə qarşı yeni həmlə

30-10-2023, 08:00

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan incik düşdükdən sonra Ukrayna mövzusuna maraq göstərməyə başlayıb. Paşinyan əvvəlcə Avropa Birliyinin tədbirində Ukrayna Prezidenti Vladimir Zelenski ilə ayaqüstü söhbət etdi və iki liderin fotosu erməni saytlarını bəzədi. Paşinyan bundan sonra həyat yoldaşını Kiyevdə keçirilən tədbirə göndərdi. Paşinyanın həyat yoldaşı həm Zelenskinin, həm də onun xanımının əlini sıxdı. Bu fotolar da Moskvanın narazılığına səbəb oldu.

Bu barədə politoloq Elxan Şahinoğlunun şərhində bildirilir.

O qeyd edib ki, Nikol Paşinyan Ukrayna ilə bağlı üçüncü addımı atıb:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Malta adasında “Ukraynanın sülh forumu” tədbirində iştirak edib. Bundan əvvəlki iki oxşar tədbir Danimarka və Səudiyyə Ərəbistanında keçirilmişdi.

Armen Qriqoryan toplantı çərçivəsində ikitərəfli görüşlər keçirib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi və Fransa Prezidentinin köməkçisi ilə ayrı-ayrılıqda müzakirələr aparıb. Bu görüşlərdə iki hədəf var: İrəvanın birinci hədəfi Qərb ölkələrindən Ermənistanı Rusiyanın mümkün təzyiqindən qorumaq və təhlükəsizlik təminatı almaqdır. İrəvanın bu görüşlərdən ikinci hədəfi Baş nazir Nikol Paşinyanın Tiflisdə açıqladığı “Sülh qovşağı” ideyasının mahiyyətini Qərb diplomatlarına izah etməkdir. Bu görüşlər və müzakirələr ona dəlalət edir ki, Ermənistan Ukraynadan sonra Rusiya üçün yeni baş ağrısına çevrilib”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ