Fransanın siyasəti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib.
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Afrikada, Yaxın və Uzaq Şərqdə keçirilən neokolonializm siyasəti milyonlarla insanın əsas hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub:
"Təcavüzkar dövlətlər bu məsələlərdə birbaşa məsuliyyət daşıyırlar. XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə, dənizaşırı ölkələrdə ətraf-mühitin deqradasiyasına, insan hüquqlarını pozulmasına səbəb olmuş Fransa müstəmləkəsi altında yaşayan insanların hüquqlarını kobud şəkildə pozmaqdadır. Əlcəzairdə bir milyondan artıq insanın hüquqlarının pozulması faktı bunu bir daha sübut edir. Bundan başqa, Ermənistanın Azərbaycana qarşı açıq nifrətini dəstəkləyən çıxışlar edən Fransa bu fikirlərin qüvvətlənməsinə səbəb olur. Fransanın regionumuzla bağlı siyasəti də sülhün bərqərar olmasına deyil, Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib və dayanıqlı sülh prosesinə təhdid xarakteri daşıyır. Son illər Azərbaycanın sədrliyi ilə bir sıra uğura imza atmış Qoşulmama Hərəkatı isə insanların hüquqlarının qorunması baxımından çox mühüm əhəmiyyətə malikdir".

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu