Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur.
Bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna əks-hücum zamanı ciddi itkilər verir:
“Əks-hücum əməliyyatları iyunun 4-dən davam edir. İndiyə qədər heç bir nəticə yoxdur, yalnız böyük itkilər var”.
V.Putin həmçinin hazırda davam edən döyüşlərin məqsədi barədə də danışıb:
"Bu, müharibəyə son qoymaq cəhdidir. Məqsədimiz müharibə aparmaq deyil, 2014-cü ildən davam edən savaşa son qoymaqdır. Biz ötən müddət ərzində müharibənin sülh yolu ilə həlli üçün hər şeyi etmişik”.
Qeyd edək ki, V.Putin daha əvvəl Ukraynanın əks-hücumunun tamamilə iflasa uğradığını söyləmişdi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım