Türkiyə bu ölkələrə çağırış etdi
Tarix: 7-10-2023, 20:56
Baxılıb: 1 065
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə bu ölkələrə çağırış etdi

7-10-2023, 20:56

Türkiyə Xarici İşlər Nazirliyi “HƏMAS”ın İsrailə hücumu ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Biz bu gün (7 oktyabr - Qeyd) İsrail və Fələstində baş verən zorakılıq və gərginlikdən dərin narahatıq.

Bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyirik. Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq.

Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və böyük əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyatı tərəflərlə intensiv təmaslarımızı davam etdiririk.

Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yoluna çalışmağa dəvət edirik”

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ