ABŞ Rusiya tərəfinə vizaların verilməsini gecikdirməklə Rusiyanın nüvə beşliyi toplantısına sədrliyinə əngəl olmağa çalışıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini Konstantin Vorontsov deyib.
"Vəziyyət çox acınacaqlıdır. "Nüvə beşliyi" ölkələrinin ekspertlərinin görüşündə iştirak etməli olan nümayəndə heyətimizin üzvlərinə tələb olunan vaxt çərçivəsində viza verilməyib. Biz ABŞ-ın bu görüşün pozulmasına səbəb olan addımlarını Rusiyanın bu beynəlxalq formatda sədrliyinə xələl gətirmək cəhdi kimi qiymətləndiririk", - Vorontsov bildirib.
Qeyd edək ki, nüvə ölkələrinin qeyri-rəsmi birliyi olan "Nüvə beşliyi"nə Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa daxildir. Avqust ayında sədrlik ABŞ-dan Rusiyaya keçib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı