Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammitində Paşinyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 (10) noyabr 2020-ci il tarixli İkinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı imzalanan Üçtərəfli bəyannamənin 9 saylı bəndinin ləğvi məsələsini gündəmə gətirmək niyyətindədir.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Həmin bəndə əsasən, İrəvan vətəndaşların, avtonəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası (Azərbaycan) arasında nəqliyyat əlaqələrinin (öz ərazisi vasitəsilə) təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir. Beləliklə, Nikol Rusiyanı Türkiyə ilə Azərbaycan arasında kommunikasiyalara nəzarət imkanından məhrum etməklə, faktiki olaraq Kremli Cənubi Qafqazdan qovmaq niyyətindədir. Paşinyan və onun qrupunun avantürası Ermənistanın və ermənilərin müstəqilliyi və suverenliyi üçün ciddi nəticələr verə bilər. Çünki Rusiyanın regionu belə asanlıqla tərk etməyəcəyi və 9-cu bəndin güc yolu ilə, bəlkə də müharibə yolu ilə həyata keçiriləcəyi ilə bağlı proqnozlar var”, - məlumatda deyilir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu