Təhlükəli tendensiya var. Ermənistanda genişmiqyaslı antirusiya isteriyasının formalaşması müşahidə olunur. Üstəlik, belə bir antirusiya kampaniyası aparan məhz Ermənistan hakimiyyətidir. Rusiyanın İrəvandakı səfirliyi zorakı etirazçılar tərəfindən mühasirəyə alınıb.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Bu isterika nəticəsində Qarabağda rus sülhməramlılara atəş açılaraq öldürüldü. Görünür, bu, sülhməramlıların neytral mövqe tutmasına görə erməni qüvvələrinin qisasıdır. Rusiyaya edilən bütün bu hücumların ümumi mesajı eynidir – niyə Rusiya öz oğullarını, yəni rus oğlanlarını Ermənistan uğrunda Qarabağa döyüşməyə göndərmədi?”, - o bildirib.
Qeyd edək ki, ötən gün Canyataq kəndi yaxınlığında rus sülhməramlıların maşını atəşə tutulub, nəticədə 8 sülhməramlı həlak olub. Faktla bağlı rus sülhməramlıları ilə Azərbaycan istintaqçıları birgə araşdırma aparırlar.

Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım