Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ikitərəfli münasibətləri sabitləşdirmək və aktual qlobal problemləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə etmək üçün avqustun 30-da Çinin paytaxtı Pekinə səfər edəcək.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatında bunun XİN rəhbərinin son 5 ildə Çinə ilk səfəri olduğu qeyd olunub.
Birgünlük səfəri zamanı Kleverli çinli həmkarı Van Yi və Çinin sədr müavini Han Çjenlə görüşməyi planlaşdırır. Britaniyalı nazir danışıqlar zamanı “Çinin qlobal əhəmiyyəti beynəlxalq təhlükəsizlik sahəsində məsuliyyəti nəzərdə tutur” fikrini bildirəcək.
Bununla bağlı o, Çini Ukraynadakı müharibəni dayandırmağa, “Cənubi Çin dənizində gərginliyi azaltmağa və kiberməkanda düşmənçilik fəaliyyətini dayandırmağa” kömək etməyə çağıracaq.
Bundan əlavə, Kleverli iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin birgə səylərini müzakirə etmək istəyir.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı