Putin Priqojinin ölümündən danışdı
Tarix: 24-08-2023, 20:58
Baxılıb: 1 066
Google+ Paylaş
Tumblr Paylaş

Putin Priqojinin ölümündən danışdı

24-08-2023, 20:58

“Vaqner” rəhbəri Yevgeni Priqojini çoxdan tanıyırdım, çətin taleyi olan, lakin istedadlı, nəinki özü üçün, eyni zamanda cəmiyyət üçün vacib nəticələr əldə edən biri idi.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Priqojini çoxdan, 90-cı illərin əvvəllərindən tanıyırdım. O, çətin taleyi və həyatda ciddi səhvlər olan birisi idi. Özü üçün, eyni zamanda son aylarda mən xahiş edəndə cəmiyyət üçün də lazımi nəticələr əldə edirdi. İstedadlı insan, istedadlı iş adamı idi. Təkcə ölkəmizdə deyil, xaricdə, xüsusən Afrikada işləyirdi”, - deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, ötən gün (23 avqust) göyərtəsində Y.Priqojinin də olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa gedərkən Tver vilayətində qəzaya düşüb və 7 sərnişin və 3 ekipaj üzvünün hamısı ölüb.

Təyyarənin daxildən partladıldığı və yaxud zenit-raket kompleksi ilə vurulduğu haqda iddialar var

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ