Qazaxıstanda istilərə görə fövqəladə hal elan olundu
Tarix: 23-08-2023, 08:09
Baxılıb: 1 080
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxıstanda istilərə görə fövqəladə hal elan olundu

23-08-2023, 08:09

Qazaxıstan hakimiyyəti anomal isti hava şəraiti və suvarma üçün suyun olmaması səbəbindən Cambul vilayətinin altı rayonunda təbii xarakterli fövqəladə vəziyyət rejimi elan edib.

Bu barədə Cambul vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş nazirin göstərişinə uyğun olaraq, Bayzak, Cambul, Korday, Merken, T.Rıskulov və Talas rayonlarında fövqəladə vəziyyət rejimi elan edilib, fermerlərə dəyən zərərin ödənilməsi üçün vəsait ayrılıb.

Məlumata görə, bu il regionda suvarma suyunun olmaması və havaların anomal isti keçməsi səbəbindən sözügedən ərazilərdə məhsul itkisinin ötən illə müqayisədə təxminən 25-30 faiz olacağı gözlənilir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ