Putin Ərdoğanla Bakıda görüşə bilər?
Tarix: 19-08-2023, 14:30
Baxılıb: 1 505
Google+ Paylaş
Tumblr Paylaş

Putin Ərdoğanla Bakıda görüşə bilər?

19-08-2023, 14:30

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərlə bağlı qərar verməyə tələsmir. Halbuki Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarıyla son telefon danışığından sonra Putinin bu ayın sonunda Ankaraya gələcəyini bildirmişdi. Kreml isə hələ ki, susur, səfər xəbərini təsdiq etmir.

Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq “Putin nədən Türkiyəyə səfər etmək qərarında tərəddüd keçirir?” sualına bu cür cavab verib:

“Rusiya Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, iki ölkə arasında fikir ayrılığı yaradan mövzular az deyil. Məsələn, Kreml Türkiyənin Ukraynaya pilotsuz uçuş aparatları satmasından narazıdır. Türkiyə Ukraynaya nəinki pilotsuz uçuş aparatları satır, üstəlik, Ukraynada dron istehsal edən zavodun tikintisinə yardım edir. Yəqin Putin düşünür ki, bu şərtlər altında Türkiyəyə səfər etsə, Ankaranın Kiyevə dəstəyinə göz yummaq məcburiyyətində qalacaq. Putin belə bir görüntünün yaranmasını istəmir.

Son günlər Rusiya-Türkiyə münasibətlərində suallar yaradan başqa hadisələr də baş verib. Kremlin Rusiya televiziya kanallarındakı rupor-aparıcıları, keçmiş illərdə olduğu kimi, Türkiyə əleyhinə açıqlamalar verirlər.

Bu vəziyyətdə Putinin Türkiyəyə səfərinin təxirə salınma ehtimalı var”.

E.Şahinoğlunun fikrincə, başqa variantlar da mövcuddur:

“Putin Ərdoğanı Soçiyə dəvət edə və ya görüş üçüncü ölkələrdən birində baş tuta bilər. Görüş yeri kimi Bakının adı hallanır. İki ölkənin prezidenti Bakıda görüşərlərsə, bu, Azərbaycanın bölgədə artan roluna işarə olacaq. Ancaq görüşün Bakıda baş tutma ehtimalı yüksək deyil. Çünki belə görüntü yaranacaq ki, Putin və Ərdoğan arasında fikir ayrılığı o qədər dərinləşib ki, iki ölkənin lideri başqa ölkədə görüşməyə qərar veriblər. Belə bir görüntü hər iki liderin ziyanınadır. Ərdoğanın Putinlə görüşmək üçün Moskva və ya Soçiyə getməsi isə Türkiyə müxalifəti tərəfindən kəskin tənqid olunacaq. “Putin Ankaraya gəlməkdən imtina etdiyi halda Ərdoğan niyə Moskvaya gedir” deyəcəklər”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ