Trampa bu tarixə kimi vaxt verildi
Tarix: 16-08-2023, 08:41
Baxılıb: 1 071
Google+ Paylaş
Tumblr Paylaş

Trampa bu tarixə kimi vaxt verildi

16-08-2023, 08:41

Fulton rayon prokuroru Fani Uillis ABŞ-ın keçmiş prezidenti Donald Trampa 2020-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə müdaxilə etmək ittihamı ilə açılan iş çərçivəsində məhkəmə qarşısına çıxması və ifadə verməsi üçün avqustun 25-dək vaxt verib.

"CBS News" telekanalının xəbərinə görə, Uillis Tramp və komandasına qarşı irəli sürülən ittihamnamə ilə bağlı mətbuata açıqlama verib. Əksi sübuta yetirilməyənə qədər bütün müttəhimlərin “günahsız” sayıldığını xatırladan Uillis, Trampdan başqa, onun keçmiş vəkilləri Rudi Culiani, Con İstman və Ağ Evin keçmiş Baş qərargah rəisi Mark Midous da daxil olmaqla daha 18 nəfərin ittiham edildiyini bildirib.

“Demokratiyamızın işləməsi üçün dövlətin bu prosesdə rolu vacibdir” ifadəsini işlədən Uillis bildirib ki, o, müttəhimlərə avqustun 25-i yerli vaxtla saat 12:00-a qədər könüllü olaraq məhkəməyə gəlmək imkanı verib. Dinləmə tarixlərinin hakimlər tərəfindən müəyyən edildiyini xatırladan Uillis, iş çərçivəsində ilk iclasın 6 ay ərzində keçirilməsini tələb edəcəklərini qeyd edib.

Uillis, şantaj ittihamlarının şərti azadlığı əhatə etmədiyini ifadə edərək, Tramp və digər 18 müttəhimin günahı sübuta yetiriləcəyi təqdirdə, həbsə məhkum edilə biləcəyini qeyd edib. Ona qarşı irəli sürülən ittihamların “siyasi motivli” olduğunu iddia edən Tramp, “Təxminən üç il əvvəl hazırlanan bu siyasi motivli ittihamnamə mənim seçki kampaniyamın tam ortasına qoyulmaq üçün düşünülüb”,- deyə bildirib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ