Ukrayna müharibəsində indiyə qədər 30.003 rus əsgər ölüb.
Bu barədə BBC və “Mediazona” hərbi müxbirlərinin birgə araşdırmasında qeyd edilib.
Bildirilib ki, bu, müharibənin başladığı gündən 11 avqusta qədər olan tarixi əhatə edir:
“Siyahıya yalnız adları və dəfn yerləri müəyyən edilən ölülər daxildir”.
Araşdırma aparılarkən açıq mənbələrdən - yerli administrasiyaların, medianın və qurbanların qohumlarının açıqlamaları, həmçinin qəbiristanlıqların məlumatlarından istifadə edilib.
Məlumatda qeyd edilib ki, ölənlərin dəqiq sayının bu rəqəmdən 2,5 dəfə çox olduğu ehtimal edilir. Belə ki, bu il may ayının sonunda “Mediazona” və “Meduza” nəşrlərinin hesablaması müharibədə həlak olanların sayını 47 min nəfər göstərib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibədə itkilərlə bağlı rəsmi məlumat dərc etmir. Sonuncu dəfə Rusiya hakimiyyəti 2022-ci ilin sentyabrında ölənlərin ümumi sayının 5937 nəfər təşkil etdiyini açıqlayıb.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu