Ermənistan rus qoşunlarını Zəngilana daxil etmək istəyib
Tarix: 1-08-2023, 17:03
Baxılıb: 1 586
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan rus qoşunlarını Zəngilana daxil etmək istəyib

1-08-2023, 17:03

Hazırda həbsdə olan Ermənistanın keçmiş müdafiə naziri Davod Tonoyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasının iclasında iştirak edib.

Tonoyan müharibə vaxtı baş verənlərlə bağlı müəyyən detalları açıqlayıb.

Əsas diqqətçəkən məqamlardan biri Tonoyanın 2020-ci ilin 21-29 oktyabr tarixində Mehriyə gəlməsinin səbəbləridir.

Tonoyan bildirib ki, həmin vaxt Ermənistan sərhədindən 2-3 kilometr aralında (Zəngilan istiqamətində) xeyli yaralı var idi:

“Cənub bölgəsində xüsusi komandanlıq yaradılırdı. Müdafiə naziri kimi Mehridə görünməyim həm əhalini, həm hərbçiləri ruhlandırırdı. Mənim başqa bir funksiyam da var idi. Rusiya sərhəd qoşunları ilə əməkdaşlıq etmək. Rusiya sərhəd qoşunlarının bölməsi birbaşa döyüş əməliyyatının aparılması üçün strateji ərazidə yerləşirdi. Yerli vəziyyəti qiymətləndirəndən sonra baş nazir məni geri çağırdı”.

Tonoyanın bu açıqlaması Ermənistanın müharibə vaxtı Rusiya qoşunlarını Azərbaycana qarşı müharibəyə cəlb etmək niyyətinin etiraf edilməsidir. Müharibənin gedişi zamanı rəsmi İrəvanın belə niyyətləri haqda məlumatlar yayılırdı. Xüsusilə müharibənin sonlarına yaxın məğlubiyyətin qaçılmaz olduğunu anlayanda rus hərbçilərini prosesə daxil etməyə, bununla Rusiyanı Azərbaycana qarşı qoymağa çalışırdılar. Məlumatlara görə, Ermənistanın planı rus sərhədçilərinin Zəngilana müdaxilə etməsi və Azərbaycan ordusunun qarşısını almasına nail olmaq idi. Lakin Moskva bu təxribata getmədi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ