“Ququ quşu yuvasının üzərindən uçarkən” (One Flew Over the Cuckoo's Nest - red.) filminin ssenaristi, iki dəfə “Oskar” mükafatı laureatı olan Bo Qoldman 90 yaşında vəfat edib.
Bu barədə “Variety” məlumat yayıb.
“Kinematoqrafın ölümünü onun kürəkəni, rejissor Todd Fild təsdiqləyib. Qoldman Kaliforniya ştatının Helendale şəhərindəki evində dünyasını dəyişib”, - məlumatda deyilir.
Qeyd edək ki, Qoldman dövrünün ən məşhur ssenaristlərindən biridir. O, Cek Nikolsonla birlikdə “Ququ quşu yuvasının üzərindən uçarkən”, Al Paçino ilə “Qadının ətri”, Bred Pittlə “Tanış olun, Co Blək” və bir çox başqa filmlər üzərində işləyib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı