İran rəsmisi Rusiyaya xəbərdarlıq etdi
Tarix: 15-07-2023, 13:53
Baxılıb: 1 556
Google+ Paylaş
Tumblr Paylaş

İran rəsmisi Rusiyaya xəbərdarlıq etdi

15-07-2023, 13:53

Rusiya, Çin, Britaniya və ABŞ bilməlidirlər ki, İran Qacar və Pəhləvilər dönəminə geri qayıtmayacaq.

Bunu İran Hakimiyyət Başçılarının Ali Koordinasiya Şurasının katibi, SEPAH-ın keçmiş komandiri Möhsün Rzayi Tvitter hesabında yazıb.

“İslam Respublikası bütün gücü ilə torpağını, haqqını və millətini müdafiə edir. Rusiya öz mövqeyini düzəltməlidir. Rusiya ilə münasibətlərimiz zəiflik üzərində qurulmayıb, heç kimin bizim aramızdakı münasibətlərdən sui-istifadə etməyə haqqı yoxdur”, - Rzayi bildirib.

Qeyd edək ki, Möhsün Rzayinin paylaşımı iyulun 10-da Moskvada Omanın xarici işlər naziri və Körfəz Əməkdaşlıq Şurası baş katibinin iştirakı ilə quruma üzv ölkələr arasında strateji dialoq görüşünün yekun bəyanatı ilə bağlıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ