Ankarada TDKT-nın təsis konfransı keçirilib
Tarix: 29-06-2023, 15:36
Baxılıb: 1 584
Google+ Paylaş
Tumblr Paylaş

Ankarada TDKT-nın təsis konfransı keçirilib

29-06-2023, 15:36

Ankarada Türk Dövlətləri Qadın Birliyi Təşkilatının (TDKT) təsis konfransı keçirilib. Konfransa Türk dövlətlərindən olan nümayəndələr, o cümlədənTürkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tatarıstan və başqa türk dövlətlərinin təmsilçiləri qatılıblar. Konfransda öncə bir dəqiqəlik  sükutla türk dünyası şəhidlərinin   xatirəsi yad edilib, Türkiyənin İstiqlal marşı səsləndirilib.

Ziraat yüksek mühəndisi Sibel Güneginin moderatorluğu ilə keçirilən konfransa Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan,   Tatarıstandan müxtəlif sahələrdə çalışan fəal xanımlar qatılıblar. Qurumun baş katibi, Beynəlxalq Dialog və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova  tədbir   iştirakçılarını   salamlayaraq   TDKT-nın yaranmasını şərtləndirən  amillərdən,  məqsədlər  və   əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Təsis konfransının təşkilinə verdikləri  dəstəyə görə TDKT-nin  Türkiyə, Azərbaycan və KKTC  təmsilçilərinə minnətdarlıq ifadə olunub.  Tədbirdə Azərbaycan  Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, türkoloq professor Sevinc Əliyeva, Əməkdar jurnalist Mətanət Ağamirli, "Artmood Agency"-nin təsisçisi Xəyalə Mütəllimova, Türkiyə Cümhuriyyəti 25/26/27-ci dönəm İstanbul millət vəkili  Arzu Erdem, Türkiye Toxuculuq Atlas Layihəsi Koordinatoru Ayşə Dizman və onlarla tanınmış simalar iştirak ediblər. Müxtəlif ölkələri təmsil edən elm xadimləri, QHT rəhbərləri, iş adamları, türk dünyası araşdırmaçıları, media nümayəndələri çıxış edərək TDKT-nın yaranmasının türk dünyası, türk milləti üçün önəmindən, əhəmiyyətindən geniş bəhs ediblər.  Bildirilib ki, təşkilatın müəyyən olunmuş  yol xəritəsi ilə birgə addımlamaqla  Türk  dünyası   qadınları   arasında birliyin, ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafını hədəfləyən TDKT üçün  Türk  xalqlarının   böyük  mədəni-tarixi  irsinin  təbliği,   tanınması  və yayılması, tarixi   bağlara,   ümumi   dil,   mədəniyyət   və ənənələrə   əsaslanaraq,   bütün   istiqamətlərdə   əməkdaşlığın daha da dərinləşməsi prioritetlərdir. Bundan başqa tərəflər arasında   təmasların   təşviqi,   qarşılıqlı   hüquqi   yardımın   göstərilməsi   və   hüquqi münasibətlərin müxtəlif sahələrində  əməkdaşlıq  üzrə  məsələlərin müzakirəsinin həyata keçirilməsi təşkilatın əsas fəaliyyət programıdır.







скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ