Ermənilər iki əagərlərinin itkin olduğunu etiraf etdi
Tarix: 27-05-2023, 08:27
Baxılıb: 1 083
Google+ Paylaş
Tumblr Paylaş

Ermənilər iki əagərlərinin itkin olduğunu etiraf etdi

27-05-2023, 08:27

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb, nəticədə 2 erməni hərbi qulluqçu saxlanılıb, qrupun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Məlumat yayıldıqdan dərhal sonra Ermənistan MN bunu təkzib edərək, hər hansı diversiya həyata keçirmədiyini elan etmişdi.

Az öncə isə Ermənistan MN növbəti açıqlama yaymağa məcbur olub. Ermənistan MN diversiyanı bir daha inkar etsə də, iki əsgərinin “itkin düşdüyünü” bildirib.

“Hərbçilərin Azərbaycan tərəfə keçməsi istisna edilmir”, - Ermənistan MN-in açıqlamasında deyilir.

Qeyd edək ki, Ermənistan MN-in bu açıqlamasının özü belə gülüncdür. Çünki Azərbaycan DSX faktiki olaraq iki erməni diversantın saxlanıldığını rəsmən elan edib. Bunun ardınca əsgərlərin “Azərbaycan ərazisinə keçməsinin istisna olunmaması" barədə vurğu nəyə hesablandığı məntiqini anlamaq olmur

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ