Kreml sarayına PUA ilə edilən hücum Rusiyanı təşvişə salıb.
Rusiya Prezidenti Vladimir Putinin mühafizəsini təmin etmək üçün yeni birlik qurulur. Maraqlısı budur ki, yeni qurulacaq birlik qartallardan ibarət olacaq. Təlim keçmiş qartallarla Kremlə hücum edəcək pilotsuz təyyarələrin zərərsizləşdirməsi planlaşdırılır. Məlumata görə, Dumanın Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev Kreml Sarayına hücumdan sonra ölkədə mühüm infrastrukturların qorunması üçün təlim keçmiş qartallardan ibarət xüsusi donanma yaradılmasını təklif edib.
“Dronun Kremlə çatması mənim üçün təhqirdir” deyən vitse-prezident Juravlevin sözlərinə görə, Kremlə hücum Ukrayna kəşfiyyatı tərəfindən həyata keçirilib. Juravlev, Kiyevin mərkəzinin hədəf alınması və Zelenskinin ofisininin bombalanması barədə çağırış edib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı