İsrail parlamenti Cənubi Azərbaycanla bağlı müraciət etdi
Tarix: 28-04-2023, 23:37
Baxılıb: 2 440
Google+ Paylaş
Tumblr Paylaş

İsrail parlamenti Cənubi Azərbaycanla bağlı müraciət etdi

28-04-2023, 23:37

İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib.
AvroMedia.az xəbər verir ki, bu barədə “Güney Azərbaycan” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, İsrail parlamentinin – Knessetin üzvləri Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə XİN-ə müraciət göndərib. Rəsmi müraciətə 32 deputat – Knessetin bütün üzvlərinin dörddə biri imza atıb. Onlar İsrail Xarici İşlər Nazirliyindən İran müxalifətinə və Tehranın cənubi azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirməyi xahiş ediblər.
“Bu, İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”, – deputatların müraciətində vurğulanıb./Axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ