Sudanda ordu və Çevik Dəstək Qüvvələri 72 saatlıq yeni atəşkəs haqqında qərar qəbul ediblər.
Çevik Dəstək Qüvvələrinin açıqlamasına görə, ABŞ-ın vasitəçiliyi ilə humanitar yardım dəhlizlərinin açılması, vətəndaşların və sakinlərin gediş-gəlişinin asanlaşdırılması, xəstəxanalara və təhlükəsiz bölgələrə çatdırılması, diplomatik nümayəndəliklərin boşaldılması üçün humanitar atəşkəs qərarı verilib. Çevik Dəstək Qüvvələri əcnəbilərin və diplomatik nümayəndəliklərin ölkədən təhlükəsiz çıxışını təmin etmək üçün əməkdaşlığa hazır olduğu bildirib.
Elan edilən atəşkəs dövründə buna əməl ediləcəyi qeyd edilib. Açıqlamada bildirilir ki, ordu atəşkəsi pozarsa cavab veriləcək. “Aljazeera” televiziyasına açıqlama verən yüksək rütbəli hərbçi, ordunun ABŞ-ın vasitəçiliyi ilə 3 günlük atəşkəsi qəbul etdiyini bildirib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı