Ca Kalibin konserti niyə ləğv olundu?
Tarix: 19-04-2023, 08:06
Baxılıb: 1 077
Google+ Paylaş
Tumblr Paylaş

Ca Kalibin konserti niyə ləğv olundu?

19-04-2023, 08:06

Daha çox Ca Kalib (Jah Khalib) kimi məşhur olan hip-hop ifaçısı, repçi Bəxtiyar Məmmədovun Rusiyanın Sankt-Peterburq şəhərindəki “M-1 Arena” idman kompleksində aprelin 25-nə planlaşdırılan konserti ləğv edilib.

Konsertin ləğvi ilə bağlı göstəriş onun keçirildiyi məkanın rəhbərliyindən gəlib.

Musiqiçinin çıxışının ləğvi sosial şəbəkələrdə etirazlarla əlaqələndirilir. İstifadəçilər Rusiyanın işğalı başlayandan sonra Ukraynaya açıq dəstək verən Ca Kalib konsertlərini ləğv etməyə çağırıblar.

O, sosial şəbəkə hesablarında “İndi mən sizi nəinki sevirəm, həm də sizə heyranam” sözləri ilə Ukrayna xalqına dəstək olub.

Qeyd edək ki, Azərbaycan əsilli ifaçı Qazaxıstanda fəaliyyət göstərir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ