Azərbaycan və erməni hərbiçilər arasında dava olub?
Tarix: 3-04-2023, 08:25
Baxılıb: 1 080
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan və erməni hərbiçilər arasında dava olub?

3-04-2023, 08:25

Ermənistanın “Hraparak” nəşri Azərbaycan Ordusunun əsgərləri ilə erməni əsgərlər arasında “əlbəyaxa” dava olduğu haqda məlumat yayıb.

Erməni mediası “öz mənbəsinə” istinadla Dağ/Dığ-Gorunzur (Tez-Kornidzor) istiqamətində Ordumuz mövqe tutarkən, erməni əsgərlərlə “əlbəyaxa dava” etdiyini iddia edib.

Qeyd edək ki, sözügedən görüntülər ötən gündən sosial şəbəkələrdə yayılıb. O görüntülərdə Azərbaycan əsgərinin “əlbəyaxa dava”sı deyil, erməniləri qabağına qataraq, Azərbaycan ərazisindən qovub çıxartdığı görünür.

Xatırladaq ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri Ordumuz nəzarətinə götürüb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ