Türkiyədə daha bir MÜƏMMA- ÇUXUR YARANDI
Tarix: 25-02-2023, 08:34
Baxılıb: 1 095
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə daha bir MÜƏMMA- ÇUXUR YARANDI

25-02-2023, 08:34

Türkiyənin Konya vilayətinin Karapınar kəndi yaxınlığındakı əkin sahəsində diametri 37 metr, dərinliyi 12 metr olan çuxur əmələ gəlib.

Bu barədə "Anadolu" agentliyi yazır.

Obruk Araşdırmalar Mərkəzindən alim Fetulla Arık qeyd edib ki, bu hadisə ilə fevralın 6-da bölgədə baş vermiş dağıdıcı zəlzələ və ya 20-də daha az güclü təkanlar arasında əlaqə yaratmaq mümkün deyil.

Yerli sakin bildirib ki, həmin ərazidə belə çuxurların əmələ gəlməsi bir növ fövqəladə hadisə deyil.

Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər qeydə alınıb . Onlar 1939-cu ildən bəri ən güclü oldular və Ümumdünya Səhiyyə Təşkilatı bu zəlzələni Avropa regionunda əsrin ən güclü təbii fəlakəti kimi tanıdı. Türkiyədə kataklizm nəticəsində ölənlərin sayı 43 mini keçib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ