Türkiyədən Azərbaycana pul göndərmək istəyənlərin NƏZƏRİNƏ
Tarix: 16-01-2023, 20:44
Baxılıb: 2 494
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədən Azərbaycana pul göndərmək istəyənlərin NƏZƏRİNƏ

16-01-2023, 20:44

Hazırda Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrini təşkil edə bilirik.

Bu barədə Trend-ə “Turan Teknoloji Anonim” (Turan) şirkətinin təsisçisi və baş direktoru Özgür Bayraqdar məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycandan da Türkiyəyə komissiyasız pul köçürmələrinin təşkili planlaşdırılır.

"Həm Azərbaycandan Türkiyəyə, həm də əksinə pul köçürmələri üzrə limitlər bu və ya digər kartı emissiya edən bank tərəfindən tənzimlənir. Hazırda köçürmələri komissiyasız həyata keçiririk və önümüzdəki 90 gün ərzində Türkiyədən Azərbaycana pul köçürmələrini komissiyasız həyata keçirməyi plaşlaşdırırıq", - o deyib.

Bayraqdar xatırladıb ki, "Turan" artıq Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələri (kartdan karta) imkanını işə salıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ