Paşinyan separatçılara tapşırıq verdi
Tarix: 12-01-2023, 14:34
Baxılıb: 1 830
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan separatçılara tapşırıq verdi

12-01-2023, 14:34

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçıları vəziyyəti daha da gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib ki, Laçın dəhlizindəki vəziyyətlə bağlı asimmetrik tədbirlər görülməlidir.

Paşinyan deyib ki, separatçıların qərarları və yekun çıxışın necə olması barədə fikirləri özündə əks etdirməyən bəyanatları heç bir fayda vermir.

Qeyd edək ki, dünən Qarabağdakı separatçıların “təhlükəsizlik şurası” Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi bir sıra bəyanat və fikirlərin “dqr xalqının və hakimiyyətinin” mövqeyinə uyğun gəlmədiyi üçün narahatlıq doğurduğunu bildirmişdi.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ