Ukrayna Prezidentinin dəftərxanası Rusiyanın 6 və 7 yanvar tarixlərində elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.
“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
O, qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür.
“Rusiya əlavə səfərbərlik həyata keçirmək, işğal olunmuş ərazilərdə genişmiqyaslı istehkamlar qurmaq və ordunu yenidən qruplaşdırmaq üçün vaxt qazanmaq istəyir. Bu, Putinin “müvəqqəti atəşkəs” haqqında göstərişinin kinli mənasıdır. Bayağı hiylə. Bunda müharibəni bitirməyə zərrə qədər də istək yoxdur. Üstəlik, nəzərinizə çatdırım ki, mülki obyektlərə yalnız Rusiya raketlərlə hücum edir. Dini ayinlərin keçirildiyi yerlər də daxil olmaqla və bunu məhz bayram Milad günlərində edir. Ona görə də bir daha Rusiya Federasiyası rəhbərliyinin bilərəkdən manipulyasiya təşəbbüslərinə reaksiya verməyə ehtiyac yoxdur”, Podolyak bildirib.
Qeyd edək ki, Putin 6 yanvar saat 12:00-dan 7 yanvar 00:00-dək atəşkəs olunması ilə bağlı əmr verib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı