Maliyyə Nazirliyində idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin daha çevik və səmərəli təşkili, eləcə də vahid idarəetmə mexanizmlərinin tətbiqi məqsədilə həyata keçirilən struktur islahatları çərçivəsində nazirliyin yerli bölmələrinin fəaliyyəti yenidən təşkil olunub.
AvroMedia.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu çərçivədə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilib. Ləğv edilmiş yerli maliyyə idarələrinin funksiyalarının icrasını təmin etmək üçün Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi yaradılıb. Yeni struktur yerli gəlir və xərclərin idarə olunması sahəsində fəaliyyətin daha koordinasiyalı və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.
"Eyni zamanda, ləğv edilmiş yerli maliyyə idarələrinin kadr bazası əsasında dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yeni yaradılmış Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi zəruri kadr potensialı ilə komplektləşdirilib.
Struktur dəyişikliklərinin əsas məqsədi maliyyə idarəçiliyinin effektivliyinin artırılması, qərar qəbuletmə prosesinin sürətləndirilməsi və dövlət maliyyə resurslarının idarə olunmasında vahid yanaşmanın təmin edilməsidir", - deyə məlumatda qeyd olunub.

Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur!
Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq