Bakı-Tbilisi sərnişin qatarı təyinat məntəqəsinə çatıb.
Tarix: 26-05-2026, 09:53
Baxılıb: 8 025
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Tbilisi sərnişin qatarı təyinat məntəqəsinə çatıb.

26-05-2026, 09:53

Ötən gün saat 23:10-da Bakıdan Tbilisiyə yola düşən sərnişin qatarı saat 09:04-də təyinat məntəqəsinə çatıb.
AvroMedia.Az
APA-ya istinadən xəbər verir ki, Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi olub.

Tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze və digər rəsmi şəxslər iştirak ediblər.
Bununla da altı illik fasilədən sonra Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirib.
Qeyd edək ki, Tbilisidən qatar bu gün saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıya çatacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ