Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AvroMedia.Az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə edilib.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə olmaqla 165 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur!
Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq