Bazar günü 56 mindən çox abituriyent üçün imtahan keçiriləcək
Tarix: 21-05-2026, 11:11
Baxılıb: 8 044
Google+ Paylaş
Tumblr Paylaş

Bazar günü 56 mindən çox abituriyent üçün imtahan keçiriləcək

21-05-2026, 11:11

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
AvroMedia.Az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
II ixtisas qrupu üzrə imtahanda 28 507, III ixtisas qrupu üzrə imtahanda isə 28 340 nəfər olmaqla, ümumilikdə 56 847 abituriyentin iştirakı nəzərdə tutulur. 
İmtahanda 82 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ