Dünən Həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıb.
AvroMedia.Az xəbər verir ki, bununla bağlı APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
“Ümumilikdə 180 nəfər zəvvar Məkkəyə çatıb. Yarım saat oteldə dincəldikdən sonra Kəbəyə yola düşəcəklər. Orada “Ümreyi Təməttö”nün ehramdan başqa qalan əməllərini yerinə yetirəcəklər. Bununla da ehramdan çıxmış hesab edilirlər. Yəni ərəfə gününədək Kəbəyə gediş-gəliş sərbəst olacaq”, - o bildirib.
V.Cahangiri qeyd edib ki, Qurban bayramından iki gün öncə böyük həcc ziyarəti başlayacaq.
Qeyd olunub ki, üçüncü və dördüncü zəvvar təyyarələri bu gün Azərbaycandan yola düşəcəklər.

Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur!
Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq