Azərbaycanda 4 günlük iş həftəsi tətbiq olunacaq
Tarix: 16-05-2026, 16:20
Baxılıb: 8 040
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq olunacaq

16-05-2026, 16:20

Son illər dünyanın müxtəlif ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı pilot layihələrin həyata keçirilməsi bu modeli yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirib. Böyük Britaniya, İspaniya, Yaponiya və digər ölkələrdə sınaqdan keçirilən yeni iş rejiminin əmək məhsuldarlığına, işçi məmnunluğuna və iş-həyat balansına müsbət təsir göstərdiyi bildirilir. Azərbaycanda da bu məsələnin mümkün tətbiqi vaxtaşırı gündəmə gəlir və xüsusilə dövlət qurumlarında mərhələli keçidin real olub-olmaması maraq doğurur.
AvroMedia.Az  xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, müasir dünyada aktuallığı artan sosial-iqtisadi layihələr arasında dörd günlük iş həftəsi xüsusi yer tutur:
“Dörd günlük iş həftəsinin tətbiqinin əsas hədəfləri işçinin asudə vaxtını, məmnunluğunu, məhsuldarlığını artırmaq, rifahını yaxşılaşdırmaq və bu kimi istiqamətlərdə müsbət nəticələr əldə etməklə sosial-iqtisadi tərəqqiyə əlavə təkan verməkdir”. 
Deputat qeyd edib ki, hazırda müxtəlif ölkələrdə bu modelin həm iş saatlarının saxlanılması, həm də azaldılması prinsipi ilə tətbiqi sınaqdan keçirilir:
“Sözügedən sosial modelin tətbiqi praktikasında iş saatlarının eyni qalması və ya azaldılması şərtilə maaşların saxlanılması prinsipinə əsaslanan modellər tətbiq edilir. Böyük Britaniya, İspaniya, Portuqaliya, İslandiya, eləcə də Yaponiya və Birləşmiş Ərəb Əmirliklərində dörd günlük iş həftəsi qismən tətbiq edilir və ya pilot layihə kimi sınaqdan keçirilir”.
Əli Məsimlinin sözlərinə görə, ilkin nəticələr bu modelin işçilərin sağlamlığı və motivasiyası baxımından müsbət təsirlərini göstərir:
“Bu sahədə əldə edilən ilkin nəticələr göstərir ki, dörd günlük iş həftəsinin tətbiqi zamanı əsasən işçilərin fiziki və psixi sağlamlığı yaxşılaşır, motivasiyası güclənir, məhsuldarlığı artır”.
Deputat bildirib ki, Azərbaycanda da nəzəri baxımdan müəyyən sahələrdə bu modelin tətbiqi mümkündür, lakin bunun üçün geniş araşdırmalara ehtiyac var:
“Nəzəri baxımdan beynəlxalq praktikada tətbiq edilən şərtlər daxilində Azərbaycanda da mümkün sahələrdə dörd günlük iş qrafikinin tətbiqi işçinin sağlamlığı, məhsuldarlığı, məmnunluğu və iş-həyat balansı sahəsində müsbət nəticələr verə bilər. Amma bu məsələyə reallıq kontekstində yanaşmaq lazımdır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ