Mərhum Əməkdar artist Tünzalə Əliyevanın vəfatından sonra onun əri Röyalın sosial media paylaşımları diqqəti özünə çəkməyə davam edir.
O, tez-tez mərhum xanımı ilə bağlı xatirələrini bölüşür, birgə fotolarını paylaşır və onun ölümüm ilə heç cür barışmadığını dilə gətirir. Röyalın bu davranışı cəmiyyətdə müzakirələrə səbəb olur. Bəziləri bunu böyük sevginin və sədaqətin göstəricisi kimi qiymətləndirir, digərləri isə onun hələ də itki ilə barışa bilmədiyini normal saymır.
“Həm dini baxımdan, həm də ümumi qəbul olunmuş dünyəvi qaydalara görə yas tutmanı çox uzatmaq olmaz”. Dördpendirli pizza
AvroMedia.az xəbər verir ki, bunu “Yeni Sabah”a psixoloq Azad İsazadə bildirib.
Onun sözlərinə görə, bu, normal davranış tərzi deyil:
“Adət-ənənəmizdə belə bir qayda da var: bir nəsildə bir neçə dəfə yas düşərsə, ağsaqqallar məslət görür ki, toy edin, yasın qabağı kəsilsin, ailəyə şənlik qayıtsın. Belə olan halda mərhumun ilini də gözləmirlər. Lakin ölümü qəbul etməyən insanlar da az deyil. Belə hallarla tez-tez qarşılaşırıq. Xüsusilə, şəhid analarında. Onların da əksəriyyəti övladının ölümünü qəbul edə bilmir. Bəzən şəhidin otağını muzey kimi istifadə edir, hər küncə fotolarını asırlar və s.
Belə insanlara müalicə yox, mənəvi dəstək lazımdır. Həmin insanları yalqız qoymaq olmaz. Onlarla daimi ünsiyyətdə olub, yavaş-yavaş normal həyata qaytarmaq lazımdır.
Bu proses zamanı əsas dəlillərdən biri də tövsiyə olunmalıdır ki, mərhum sizin belə olmağınızı istəməzdi. Əgər səni belə görsəydi, kədərlənərdi. Bu cür tövsiyələr hüzünlü insanlara yaxşı təsir edir”.
Psixoloq qeyd edib ki, bəzən psixoloqa da müraciət etmək olar. Lakin söhbət dərman müalicəsindən yox, mənəvi dəstəkdən gedir:
“Bu halda ən azı həyat tərzləri bir az da olsa normallaşacaq”.
A.İsazadə qeyd edib: “Onların əsas problemi itkini qəbul edə bilməməkdir. Xüsusi bir elmi izah yoxdur. İnsan stress keçirəndə bir neçə mərhələni adlayır. İlkin mərhələ “şok” adlanır. 3 və 4-cü mərhələ isə itkini qəbul etməmək mərhələsidir. Bəzi insanlar 1-ci mərhəldə ilişib qalır, bəziləri orta mərhələdə, digərləri qəbul etmək mərhələsinə qədər gedib çıxırlar. Belə başa düşürəm ki, adını çəkdiyiniz şəxs də bütün mərhələlərdən keçə bilməyib. Ona mütləq kimsə dəstək verməlidir ki, vəziyyətdən çıxa bilsin. Çünki özü istəmir, ona görə də həmin mərhələdə ilişib qalıb”.

Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur!
Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq