“Digər yol layihələri isə şəhər daxilindəki “dar boğaz”ların aradan qaldırılmasına xidmət edir”.
AvroMedia.Az xəbər verir ki, bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
“Məsələn, “Excelsior Hotel” yaxınlığında mövcud olan sıxlıq probleminin həlli üçün yeni tunellərin tikintisi nəzərdə tutulur. Bu tunellər vasitəsilə avtomobillər birbaşa Ağaoğlu küçəsinə, ADA Universiteti istiqamətinə yönləndiriləcək və əsas tunelə düşən yük azalacaq.Şəhərin ən ciddi “dar boğaz”larından biri isə “20 Yanvar” ərazisidir. Dövlət proqramında bu problemin həlli üçün bir neçə layihə yer alıb. Burada əsas rolu yenə dairəvi yollar oynayacaq. Məqsəd nəqliyyat axınını mərkəzdən yayındırmaq və alternativ marşrutlar yaratmaqdır.
Artıq bəzi layihələr üzrə tikinti işlərinə başlanılıb və ilkin mərhələnin ilin sonuna qədər tamamlanması planlaşdırılır. Yol qovşaqları və yeni bağlantılar üzrə hazırlıq işləri də davam edir”, - deyə o vurğulayıb.

Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur!
Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq