Nikahın pozulması zamanı aliment öhdəliyinin hansı tarixdən hesablanması məsələsi vətəndaşları maraqlandıran suallardandır. Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir?
AvroMedia.Az xəbər verir ki, bu barədə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnar Cabbarova açıqlama verib. Onun sözlərinə görə, ilk dəfə alimentin tutulması müəyyən edildiyi halda aliment məhkəməyə hansı tarixdə iddia əriəsi ilə müraciət edilibsə, həmin tarixdən hesablanır, tutulur.
"Məsələn, vətəndaş iddia ərizəsi ilə 1 fevral 2025-ci il tarixdə müraciət edibsə, məhkəmə qətnaməsinin hansı tarixdən qəbul edilməsindən asılı olmayaraq, alimentin tutulması müraciət etdiyi tarixdən yəni 1 fevral 2025-ci il tarixdən tutulacaqdır".
Hakim qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, alimentin tutulmasına dair qətnamələr dərhal icra edilir:"Mahiyyət etibarilə alimentin tutulması halı uşağın mənafeyinə xidmət etməklə, sosial yönümlü xarakter daşıdığından, həmin qətnamələrdən apellyasiya və kassasiya qaydasında şikayət verilməsi, onun icrasını dayandırmır, bu hal yəni alimentin ödənilməsinin dayanmasına səbəb olmur. Hətta şikayət əsasında alimentin təyin edilməsi barədə məhkəmə qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunarsa və ya alimentin məbləği azaldılarsa, bu hal artıq ödənilmiş aliment məbləği geri qaytarılmasına əsas vermir".
G.Cabbarova bildirib ki, alimenti ödəmək öhdəliyi daşıyan şəxs bu öhdəliyinin lazimi qaydada icra edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada inzibati və ya cinayət məsuliyyəti daşıyır:
"Alimentin ödənilməsi mahiyyət etibarilə məhz birgə nikahdan olan uşaqların saxlanılmasının və maddi təminatının, uşaq hüquqlarının təmin edilməsinə yönəlmişdir. Bu baxımından istənilən halda bu kateqoriyadan işlər üzrə mübahisələrin həlli zamanı uşaqların hüquqlarının və manefələrinin ən üstün müdafiəsi hər birimizin əsas amalı kimi çıxış edir".

Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur!
Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq