Bakının Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 45 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.
AvroMedia.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayib.Bildirilir ki, mayın 13-dən sərnişinlərin xidmətinə veriləcək 7 ədəd İsuzu HC45 markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Qeyd edək ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun hərəkət istiqamətində dəyişdirilərək son dayanacaq məntəqəsi metronun "Nəsimi" stansiyası təyin olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri