"Baku International Tobacco" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının (Cəbrayıl rayonu) rezidenti statusu verilib.
AvroMedia.Az bu barədə Agentliyə istinadən xəbər verir.Məlumata görə, yeni rezident adından göründüyü kimi tütün məmulatları (siqaret) istehsal edəcək. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
"Araz Vadisi İqtisadi Zonası"nda 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Sahibkarlar indiyə qədər Sənaye Parkına 48,3 milyon manatdan çox investisiya qoyub, 130-dan artıq iş yeri yaradıb.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri